Tehranın Milad qülləsi "Yer saatı" ilə bir zamanda işıqlarını söndürəcək
-
Tehranın Milad qülləsi "Yer saatı" ilə bir zamanda işıqlarını söndürəcək
Tehranın Milad qülləsinin işıqları beynəlxalq "Yer saatı" layihəsinin icrası ilə bir zamanda bir saat müddətinə söndürəcək.
Tehranın Milad qülləsinin ictimai əlaqələr şöbəsi bildirib: Dünyanın altıncı rabitə qülləsi olan Milad qülləsinin işıqları digər mühüm şəhər elementləri ilə bir zamanda sabah gecə bir saat müddətinə- Tehran vaxtı ilə saat 20-30-dan 21-30-dək söndürüləcək.
Milad qülləsi "Yer saatı" layihəsinə qatılan ilk mühüm şəhər elementlərindəndir.
Bu layihəyə əsasən, hər il mart ayının sonuncu şənbəsində dünya əhalisindən milyonlarla nəfər bir saat müddətinə- saat 20-30-dan 21-30-dək artıq işıqları söndürmək, enerji istehlakına qənaət etmək, iqlim dəyişiklikləri ilə mübarizə aparmaq və ekoloji çirklənmələri azaltmaq üzrə beynəlxalq bir hərəkətdə iştirak edir.