"Deh Şeyx" mağarası
-
"Deh Şeyx" mağarası
Baharın gəlişi ilə təbiətə səfər etmək istəyənlərin də sayı hər gün çoxalır. Xüsusilə hər kəs Novruz tətillərini bu kimi məkanlarda keçirmək istəyir.
Novruz tətillərini təbiətin qoynunda keçirmək istəyənlərin üz tutduqları məkanlardan biri də “Deh şeyx” mağarasıdır.
Yasucda yerləşən “Deh şeyx” mağarasının 150 milyon illik keçmişi var və Zaqros sıra dağlarının ən hündür zirvəsi olan “Kaşməstan” zirvəsinin qarşısında yerləşir.
Müsahibə: “Geoloji dövr olaraq “Təbaşir dövrü”nə aiddir.”
Bu əsrarəngiz mağaraya daxil olduğunuz zaman çoxlu sayda dəhliz ilə üzləşirsiniz. Mağaranın tavanındakı duz kristalları insanı özünə valeh edir.
Turist: “Çox gözəldir, heyrətamizdir.”
Mütəxəssis: “Duz kristallarının hər 2.5 santimetrinin formalaşması üçün bir əsr zaman lazımdır və mağaradakı duz kristalları hələ də inkişaf halındadırlar.”
“Deh şeyx” mağarasının 6 əsas giriş qapısı və 7 böyük zalı var. Bura gələn insanlar xilqətin misilsiz möcüzələrindən birinin şahidi olurlar.
Turist: “Allahın əzəmətini dərk etmək istəyənlər bu kimi yerlərə gəlməlidirlər.”
Bu mağara öz gözəlliyi ilə ölkənin müxtəlif guşələrindən turistləri özünə cəzb edir.
“Deh şeyx” mağarası Yasuc şəhərinin 50 kilometrliyində yerləşir.