Tarixi Ərak məscidi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i338376-tarixi_Ərak_məscidi
Savənin rəngarəng məscidinin hər bir kərpicinin uzun tarixi var. Müxtəlif dövrlərə uzanan bir tarixi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2019 16:21 Asia/Baku
  • Tarixi Ərak məscidi
    Tarixi Ərak məscidi

Savənin rəngarəng məscidinin hər bir kərpicinin uzun tarixi var. Müxtəlif dövrlərə uzanan bir tarixi.

Ənənəvi rəngarənglikdən bu məscidin açıq qapılarına kimi. 1000 illik bir keçmişi var.

Qədim keçmişə malik olan Al Buyə dövründən günümüzə gəlib çatmış bir irs.

"İlk kərpic budur, o divarın üstündəki"

İstifadə edilmiş yarım-oval forma islamdan öncəki tağlardan ilham alınıb.

"Əgər bu künclərdə bir yarım-dairə çəkmiş olsaq, bir müqərnəs olduğunu görərik."

Bir dini binada müxtəlif tarixi dövrlərin sintezi.

"Yəzdin Fəhrəc məscidi və Damğanın məbədi ilə müqayisə olunur. Və İslamın ilk əsrlərinə aid edilən məscidlərdəndir. misal üçün gördüyünüz bu tağ Monqollar dövrünə aiddir. Məscidin günbəz hissəsində bir kitabə var. Üzərində 922-ci hicri tarixi göstərilir."

Qadın: "Bura müxtəlif dövrlərin əks etdirən muzeydir."

Palçıq və kərpicdən tikilmiş bu bina ildə 2 min turist cəlb edir.

"Turistlərin İsfahan, Həmədan və Kermanşaha getmək üçün Savedən keçdiklərini nəzərə alaraq, biz hər ay çoxlu sayda Avropalı turist qəbul edirik"

24 mehrabı olan bu tarixi məscid turistlər üçün cazibədar məkanlardan biri sayılır.