İran təmsilçiləri Asiya Çempionlar Liqasında uğurla çıxış etdilər
Apr 09, 2019 06:52 Asia/Baku
-
İran təmsilçiləri Asiya Çempionlar Liqasında uğurla çıxış etdilər
Asiya Çempionlar Liqasında İranı təmsil edən Zubahən və İstiqlal futbol komandaları yarışların üçüncü həftəsində Əmirliklər və Ərəbistandan olan rəqiblərini məğlub etdilər.
İRNA-nın məlumatına görə, İranın Zubahən komandası Asiya Çempionlar Liqasının üçüncü həftəsində Əl-Vəsl stadionunda rəqib komanda ilə qarşılaşdı. Matçın sonunda Zubahən komandası 3-1 hesabı ilə qələbə çalmağı bacardı.
Zubahən komandası bu qələbə ilə hazırda 7 xal ilə qrupda liderdir.
İstiqlal komandası da Həməd bin Xəlifə stadionunda 2-1 hesabı ilə Ərəbistanın Əl-Hilal komandasını məğlub edərək, növbəti mərhələyə yüksəlməyi bacardı.
Teqlər