Yer kürəsinin peykdən çəkilmiş fotoşəkili
-
Yer kürəsinin peykdən çəkilmiş fotoşəkili
NASA-nın peyki vasitəsilə Yer kürəsinin kosmosdan çəkilmiş görüntüləri canlı olaraq Nyu Yorkda quraşdırılmış iri bir monitor vasitəsilə nümayiş etdirilir.
Bu əsərə "Blue Marble" (mavi mərmər) adı verilib və Sebastiyan Erra Zuriz tərəfindən düzəldilib. Bu əsər 1972-ci ildə Apollo 17-nin ekipaj üzvləri tərəfindən çəkilmiş fotoşəkilin xatirəsinə həsr olunub.
Bu əsər NASA-nın hidrometoroloji məlumat bazasından əldə etdiyi informasiyalar hesabına Yer kürəsinin görüntülərini yayımlayır. NASA-nın hidrometoroloji peyki Yer kürəsinin yüksək keyfiyyətli fotoşəkillərini və görüntülərini çəkərək, yerə göndərir. Bu görüntülərdə buludların necə formalaşması öz əksini tapır. Erra Zuriz və onun komandası xüsusi bir proqram hazırlayaraq, bu fotoşəkilləri və görüntüləri bir-biri ilə sintez edir və iri monitorda nümayiş etdirir.