İranlı yeniyetmə güləşçilər Türkiyə yarışlarında 9 medal əldə etdilər
Apr 13, 2019 05:06 Asia/Baku
-
İranlı yeniyetmə güləşçilər Türkiyə yarışlarında 9 medal əldə etdilər
İran İslam Respublikasının yeniyetmələrdən ibarət güləşçiləri Türkiyədə keçirilən sərbəst və Yunan-Roma güləş növləri üzrə beynəlxalq yarışlarda 4 qızıl, 4 gümüş və bir bürünc medal əldə ediblər.
İRNA-nın məlumatına görə, Türkiyədə keçirilən beynəlxalq güləş yarışları cümə axşamı Antaliyada start götürüb.
Daha 3 iranlı güləşçi də sərbəst güləş üzrə yarışların final mərhələsinə yüksəlməyi bacarıb.
Yunan-Roma güləş növündə də 5 iranlı güləşçi ümumi sıralama yarışlarında rəqabətlərini davam etdirəcək.
Teqlər