İran və BMT peyk əməkdaşlıqlarının inkişafını müzakirə etdilər
-
İran və BMT peyk əməkdaşlıqlarının inkişafını müzakirə etdilər
İran və BMT peyk əməkdaşlıqlarının inkişafını müzakirə etdilər
İran İslam Respublikasının rabitə və informasiya texnologiyalrı naziri Vyanada BMT-nin kosmosla əlaqədar işlər üzrə idarəsinin müdiri Simonta Di Pipo ilə görüşdə peyk əməkdaşlıqlarının genişləndirilməsinə dair müzakirə apardı.
Bu görüşdə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi dedi: İran İslam Respublikası kosmos sahəsində yaxşı uğurlar əldə edib. və uzaqdan idarə edilən bir tədqiqat peykinin habelə, iki rabitə peykinin yerin orbitinə göndərilməsi İranın qarşıda duran proqramlarından sayılır. Bütün bunlar İranın kosmosdakı sülhsevər fəaliyyətlərinin inkişaf etdirilməsinə və kosmik texnologiyalardan İran xalqına daha artıq xidmət etmək üçün istifadə üçün nəzərdə tutulub.
Di Pipo da bu görüşdə kosmik fəaliyyətlər sahəsindəki əməkdaşlıqlardan söz açaraq, İranın təklifini müsbət qarşılayıb.
Görüşün sonunda BMT-nin Vyanadakı ofisində kosmik nailiyyətlərin nümayiş etdirildiyi sərgi məkanına baxış keçirilib. Bu sərgidə İranın da bir peyki və bir raket sistemi nümayiş etdirilir.