Savə üçün sulu bir il
-
Savə üçün sulu bir il
Savə kəndliləri sevinirlər ki, bu yağış və su ilə dolu ildə məhsulları birneçəqat artacaq.
Və 20 illik bir intizara son. Bura, Savə, bunlar da ilahi bərəkətdən sevinən əkinçilər.
Kişi: Ağaclarımız dirçəldilər.
Kişi: Nar və arpa. İnşaallah, ikiqat artsınlar.
Savənin Əlqədir su bəndi 20 ildən sonra dirçəldi.
Şahrox- Su bəndinin istifadəyə verilməsi üzrə müdir: Xoşbəxtlikdən, Savə su bəndinə yığılmış suyun həcmi 190 milyon kubmetrdir. Bu, son 23 ildə misilsiz olubdur.
Bu miqdarda ehtiyata çatmaqla su bəndinin qapıları açıldı.
Amre- Ərak su idarəsinin icraçı müdiri: Vilayətdə yağıntı miqdarı 320 millimetrə çatır ki, bu da 70%-lik artımdan xəbər verir. Bu vilayətdə su ilə dolu bir il müjdəsini verir.
Savədə 40-dan çox kənd yığılmış sulardan doyacaqdır.
Ağazadə- Ərak valisi: Savədə su ehtiyatı ən yaxşı vəziyyətdədir. Bu su bəndi bu su həcmi ilə 15 meqavat su elektrik enerjisi istehsal edə bilər.
Su bəndlərinin və çayın dolması milyardlıq xəsarətləri bir təhər əhəmiyyətsiz etdi.