İranın su cəhətdən ən məhsuldar ili
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i339105-İranın_su_cəhətdən_ən_məhsuldar_ili
Xeyirdir. Bu il ötən 51 il ilə müqayisədə İranın su cəhətdən ən məhsuldar ilidir və bu, ilin əvvəlindən özünü göstərir. Su bəndlərinin anbarları da maksimum həddə çatıblar. Bu bol-bol su xəsarətlər törətsə də əkinçilərə bir hədiyyədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2019 02:51 Asia/Baku
  • İranın su cəhətdən ən məhsuldar ili
    İranın su cəhətdən ən məhsuldar ili

Xeyirdir. Bu il ötən 51 il ilə müqayisədə İranın su cəhətdən ən məhsuldar ilidir və bu, ilin əvvəlindən özünü göstərir. Su bəndlərinin anbarları da maksimum həddə çatıblar. Bu bol-bol su xəsarətlər törətsə də əkinçilərə bir hədiyyədir.

Kohgiloye və Boyerəhməd vilayətində yağıntıların keçmişə nisbətən 488 millimetr artması bolluca su ehtiyatları yaradıbdır. Boyerəhmədin Çitab şəhərində yağışın 950 millimetrlik artımı ilə, bəzi evlərin içindən də su qaynayır: Bu şəhərin 65-dən çox nöqtəsində, o cümlədən səkilərdə, evlərin həyətlərində, hətta evlərin içində və evlərin zirzəmisində, hətta küçələrdə su qaynayır.

Əlbəttə, bu ev bulaqlarından bəzilərinin təhlükəli olması ehtimalını ciddi saymaq lazımdır. Çəltikçilik və ya düyüəkmə Çitabda özəl bir əkinçilikdir və su ilə bol olan ilə görə, əkinçilərin sevinclərinin həddi-hüdudu yoxdur. Kohgiloye və Boyerəhməd vilayətində yağıntıların orta göstəricisi indiyədək 180 millimetrdən çox olubdur. Bu da su ehtiyatlarının artması ilə, xüsusən əkinçilik sektorunda rövnəqlə dolu bir il müjdəsini verir.