Qırmızı lalə düzü
-
Qırmızı lalə düzü
Qum vilayətinin 11 min 240 hektarından çoxunu çöl, səhra və şoranlıq təşkil edir, amma builki yağış neməti bu itmiş səhrada bir çox boyaların yaradıcısı olubdur.
Yer çiçək rəngi alarkən və səhranın ortasında geniş qırmızı lalə düzünün meydana gələrək, hamını özünə tərəf çəzb edərkən: Qəti şəkildə bu cazibədarlığa malik olaraq, bizi şose yolundan kənara çəkibdir ki, gəlib bu gözəl mənzərəni seyr edək. Bu neçə ildə tanıdığımız Qum şəhərindən fərqlənir.
Bu günlər yolu Tehran-Qum avtomagistralından keçənlər magistralın kənarında keçmişdəkindən fərqli bir rəng görürlər; mavi səma və təbiətin qəlbindən sızan rənglə dolu bir düz. Bu yol müsafirlərin bir çoxuna tanışdır, lakin bu səhnələr çoxlarını heyran edibdir: Otuz ildir ki, bu yol ilə gedib-gəlirəm. Yolun bu kənarında bu gözəlliyə bir mənzərə görməmişəm. Məncə, səbəbi, yalnız və yalnız çoxlu yağıntı olubdur. Torpağın bu rütubətli şəraiti və toz-torpağın yaranması mərkəzi səviyyəsində birillik növlərin çoxalması ilin isti fəslində zərrəciklərə nəzarətdə təsirli ola bilər. Hm... Əlbəttə, bu günün ləvazimatlarından olan bu səhnələrin qeydə alınması. Bunu fikirləşirdim ki, həyatın hamısı çətinlik deyil, onun gözəlliyi də var. Builki kimi, illər boyu quraqlıqdan sonra ilahi mərhəmət bu məntəqəyə xas bir gözəllik bəxş edibdir.
Yaz fəslinin ikinci ayında yağıntıların davam edəcəyinin proqnoz edilməsi bu bitki örtüyünə olan ümidləri ikiqat artırıbdır.