Məryəm Mirzəxanlı mərasimi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i339265-məryəm_mirzəxanlı_mərasimi
Məryəm Mirzəxanlı mükafatı uğrunda ikinci milli qadın və elm festivalının yekun mərasimi İranın birinci vitse-prezidentinin iştirakı ilə bu gün Tehran Universitetində başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2019 10:37 Asia/Baku
  • Məryəm Mirzəxanlı mərasimi
    Məryəm Mirzəxanlı mərasimi

Məryəm Mirzəxanlı mükafatı uğrunda ikinci milli qadın və elm festivalının yekun mərasimi İranın birinci vitse-prezidentinin iştirakı ilə bu gün Tehran Universitetində başlanıb.

Nümunəvi qadınlara dəstək və İran qadınlarının parlaq istedadlarının təyin edilməsi məqsədilə keçirilən ikinci milli qadın və elm festivalında elm, mədəniyyət və ictimai sahələrdə uğur qazanan 18 nümunəvi qadın mükafatlandırılbdır.

Bu milli festival mədəni və ictimai göstəricilər, eləcə də “İxtiralar, mühüm elmi layihələr, kitab, məqalələr və beynəlxalq elmi anlaşmalar”a şamil olan elmi göstəricilər üzrə iki mehvərdə keçirilib.

İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Məsumə Ebtekar İran qadınlarının ötən qırx ildə elm və bilik sahəsindəki inanılmaz irəliləyişlərinə işarə edərək, deyib: İran qadınlarının təqribən dörddə birinin ali təhsili var. Tələbələrimizin yarısı qızdır və elmi heyət üzvlərinin 27 faizini qadınlar təşkil edirlər.

İranlı qızlar son illərdə konkursda qəbul olanların 60 faizini təşkil ediblər.İranlı riyaziyyatçı və Stenford Universitetinin professoru Məryəm Mirzəxanlı 2014-cü ildə “Riemann səthlərin və onların konvenant sahələrinin dinamikası və həndəsəsi” sahəsində araşdırmalara görə, riyaziyyatda ən yüksək mükafat olan Filds medalının laureatı olan ilk qadın olubdur.İranın və dünyanın bu riyaziyyat istedadı dörd il xərçəng xəstəliyi ilə çarpışdıqdan sonra 2017-ci il iyulun 15-də vəfat etdi.