Perinatologiya milli konfransı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i339274-perinatologiya_milli_konfransı
Perinatologiya və neonatologiya üzrə 7-ci ümumölkə konfransı İranın cənubunda yerləşən Şiraz şəhərində keçirilib. Məqsəd, hamiləlik dövründə dölün problemlərinin müəyyən və müalicə edilməsidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2019 17:14 Asia/Baku
  • Perinatologiya milli konfransı
    Perinatologiya milli konfransı

Perinatologiya və neonatologiya üzrə 7-ci ümumölkə konfransı İranın cənubunda yerləşən Şiraz şəhərində keçirilib. Məqsəd, hamiləlik dövründə dölün problemlərinin müəyyən və müalicə edilməsidir.

O qədər mühümdür ki, hər il həkim və mütəxəssislər bir araya gəlsinlər ki, bir ananın dünyadan getməməsinə və bir körpənin əlil dünyaya gəlməməsinə kömək etmiş olsunlar. Ana və uşağın sağlamlığı hər ölkənin gələcəyinin zaminidir.

Perinatologiya və neonatologiya ana və uşaq ölümünü azaltmaq məqsədilə yeddi ildir ki, ölkəmizdə keçirilir.

İlk dəfədir ki, beynəlxalq formada keçirilir və əslində böyük alimlər bir araya gəlirlər ki, ölkədə ana və körpələrin ölüm hallarının azalması üçün anaları və körpələri nə formada daha yaxşı qorumalı olduğumuzu bilmiş olaq.

Perinatologiya və neonatologiya tibb elmində nə deməkdir?

 Uşaqlıq daxilində problemlər və xəstəlikləri döldə müəyyən edir, onu sağlamlığa çatdırır. Sonra onu dünyaya gətirir.

Hamilə qadınlara hansı qayğılar göstərilir?

 Həyata keçirilməli olan tam müayinə və bir sıra mühüm sınaqlar.

Bu körpə heç bir genetik sınaqlar aparılmadan dünaya gələn onlarla körpədən bir nümunədir.

 Bilək nahiyəsindən hər iki əli yoxdur. Eyni zamanda dili damağına yapışıb.

Hətta sonoqrafiya da bədən üzvü qüsuru və zehni geriliklər amili olan döl əlilliyinin müəyyən edilməsində etimadediləsi deyildir.

Bütün sonoqrafiyaları həyata keçirmişik. Bu sonoqrafiyalarda uşağın əlinin olmaması müəyyən edilməyib.

İndi bu uşaq əlsiz və dilsiz ömür sürməlidir.

Hazırda Fars vilayətində və digər vilayətlərdəki əhatəli tibb genetikası mərkəzləri işə salınıb və ana və uşaq sağlamlığı ilə bağlı bütün sınaqları həyata keçirirlər.

 Talasemiya və düşen, hemofiliya xəstəlikləri; əzələ və bədən üzvü qüsuru xəstəlikləri və mitohondrial DNK xəstəlikləri.

Dölün sağlamlığının araşdırılması ilə ölkəmizdə ana və körpə ölümünün miqdarı səksən faiz azalıbdır.

Genetik sınaqların keçirilməsi və hamilə anaların qorunması da səbəb olubdur ki, hər il ölkədə genş əlilliyə malik 6 mindən çox körpənin dünyaya gəlməsinin qarşısı alınsın.

Həkimlərin dediklərinə görə, hamilə olmaq istəyən bütün xanımlar hamiləlik dövründən üç-altı ay öncə həkimə müraciət edərək, genetika müşavirəsi altında qərar tapmalıdır.