32-ci Tehran Beynəlxalq Kitab Sərgisi açılıb
-
32-ci Tehran Beynəlxalq Kitab Sərgisi açılıb
32-ci Tehran Beynəlxalq Kitab Sərgisi bu gün Tehranda, İmam Xomeyni(r.ə.) adına müsəllada açılıb.
32-ci Tehran Beynəlxalq Kitab Sərgisinin sədri Mohsen Cəvadi İranın islami mədəniyyət və irşad naziri, Çinin mədəniyyət naziri, müxtəlif ölkələrin səfirləri və mədəniyyət nümayəndələrinin iştirak etdikləri bu sərginin açılış mərasimində deyib: Kitab sərgisi İranın dünya xalqları ilə davamlı dostluğunun möhkəmləndirilməsi istiqamətində atılan addımdır.
Cəvadi 32-ci Tehran Beynəlxalq Kitab Sərgisinin şüarını, "Oxumaq bacarmaq deməkdir!" elan edib və bildirib ki, bu sərgidə 2400 iranlı və 800 xarici naşir öz əsərlərini təqdim edəcəklər.
32-ci Tehran Beynəlxalq Kitab Sərgisinin sədri deyib ki, bu sərgi vasitəsilə hökumətlər və xalqlar arasındakı dərin bağları möhkəmlətmək olar. O, deyib: Çinin Tehran Beynəlxalq Kitab Sərgisinin xüsusi qonağı kimi iştirakı, kitaboxuma yolu ilə "İpək yolu"nun bərpasının əlaməti ola bilər.
32-ci Tehran Beynəlxalq Kitab Sərgisi aprelin 24-dən mayın dördünədək keçiriləcək.