37-ci Beynəlxalq Fəcr film festivalının qalibləri təqdim olunub
37-ci Beynəlxalq Fəcr film festivalı müxtəlif bölmələrdə qalibləri seçərək, başa çatıbdır.
37-ci Beynəlxalq Fəcr film festivalının bağlanış mərasimi dünən axşam Tehranın Vəhdət mədəniyyət sarayında keçirilib. Beynəlxalq bölmə olan “Səadət kinosu” bölməsində ən yaxşı qısametrajlı film üzrə qızıl simurq mükafatı İsveçdən olan rejissor Morqan Ziverla-Petinin çəkdiyi “Ekstrim bizim xilaskarımızdır” adlı qısametrajlı filmə verilib.
Ən yaxşı kişi roluna görə, qızıl simurq fiquru danimarkalı rejissor Maykl Noyerin “Jalədən qabaq” filminin aktyoru Cesper Kristensenə təqdim olunub.
Kişi aktyorluğuna görə, fəxri diplom da rejissor Soruş Sehhətin “Dünya, mənimlə rəqs et” filminin aktyoru Əli Mosəffaya verilib.
Ən yaxşı qadın roluna görə, qızıl simurq fiquru Bolqarıstandan olan rejissor Nadejda Kezevanın çəkidiyi “İrina” filminin aktrisası Martina Apostolovaya təqdim edilib.
Ən yaxşı ssenariyə görə, qızıl simurq fiquru alman rejissor Oliver Hafnerin “Vakrsdurov” filmininn ssenari müəllifləri Gernot Keraya və Oliver Hanerə verilib.
Ən yaxşı rejissorluğa görə, qızıl simurq fiquru “Dünya, mənimlə rəqs et” filminə görə iranlı rejissoru Soruş Sehhətə təqdim olunub.