İranlı şahmatçı beynəlxalq yarışların qalibi olub
Apr 26, 2019 14:25 Asia/Baku
-
İranlı şahmatçı beynəlxalq yarışların qalibi olub
İran nümayəndəsi Çin beynəlxalq şahmat yarışlarının qalibi adını qazanıb.
Puya İdani on bir ölkədən olan şahmatçılarla 9 dövr yarışdan sonra 7,5 xal toplayaraq, Çində keçirilən beynəlxalq şahmat yarışlarının qalibi olub və bu yarışların 18 min dollarlıq mükafatına layiq görülübdür.
Çin beynəlxalq şahmat yarışları "Bir qurşaq-Bir yol" adı ilə tanınan yarışlar sırasından olaraq, aprel ayının 16-dan başlanıbdır.
Yarışların bu dövründə on bir ölkədən olan şahmatçılar mesterez və çelencer kimi iki cədvəldə və doqquz dövrdə İsveçrə üsulu ilə bir-biriləri ilə rəqabət aparıblar.