İnqilab Rəhbərinin imzası şəhid İmad Müğniyə bioqrafiyasına həsr olunmuş kitabda
-
İnqilab Rəhbərinin imzası şəhid İmad Müğniyə bioqrafiyasına həsr olunmuş kitabda
Livan Hizbullahının komandanlarından olan şəhid İmad Müğniyənin həyatından bəhs edən "Kölgədəki günəş" kitabı İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamnei tərəfindən imzalandı.
İRİB-nin verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbəri Tehran Beynəlxalq Kitab Sərgisinə baxış keçirərkən "Kölgədəki Günəş" kitabını imzalayıblar.
İnqilab Rəhbəri bazar ertəsi günü İmam Xomeyni(rə) müsəllasında olaraq iki saat yarım müddətinə Tehran Beynəlxalq Kitab Sərgisinə baxış keçiriblər.
32-ci Tehran Beynəlxalq Kitab Sərgisi "oxumaq bacarmaqdır" şüarı ilə 24 apreldə İmam Xomeyni(rə) müsəllasında işə başlayıb və 4 may tarixinə kimi davam edəcək.
Livan Hizbullahının komandanlarından olan və "Hacı Rizvan" ləqəbi ilə tanınan İmad Müğniyə 2008-ci ildə Suriyanın paytaxtı Dəməşq şəhərində törədilən terror aktında şəhid oldu.