Ən iri halal turizm təşkilatı təsis edildi
-
Ən iri halal turizm təşkilatı təsis edildi
İlk dəfə olaraq Asiyanın cənub şərqində dünyanın ən iri halal turizm təşkilatı təsis edilib. Bu şirkət İranın "Sitivan" və Hindistanın "Esromemrom" şirkəti tərəfindən birgə şəkildə və bir milyard dollar vəsait ilə təsis edilib.
"Sitivan" şirkətinin rəyasət heyətinin sədri Məhəmməd Şərif Məlikzadə ən iri halal turizm təşkilatının təsis edilməsinə dair anlaşma sənədinin imzalanması mərasiminin kənarında dedi: Bu təşkilatın təsis edilməsi ilə qarşıdan gələn üç ay ərzində elektron ticarət üzrə ən iri süni intelekt sistemi dünya istifadəçilərinə təqdim ediləcək.
Məlikzadə daha sonra halal turizm təşkilatının Avropa Birliyi, Afrika Birliyi, Yaxın Şərq ölkələri və MDB ölkələrində qeydiyyatdan keçdiyini və bütün ölkələrin bu təşkilatda mənəvi mülkiyyətə malik olduqlarını deyərək, əlavə etdi: Bu, İranın iqtisadi sektorunda ən böyük hadisə sayılır.
Məlikzadə dedi: Bu təşkilatın işə başlaması ilə birbaşa olaraq 100 mindən çox iş yeri yaranacaq və iranlı gənclər habelə, digər ölkələrdən olan gənclər ən iri iş bazarına daxil olacaqlar.