İranlı yeniyetmələr Bakıda keçirilən stolüstü tennis üzrə beynəlxalq turnirin qalibi oldular
May 04, 2019 08:48 Asia/Baku
-
İranlı yeniyetmələr Bakıda keçirilən stolüstü tennis üzrə beynəlxalq turnirin qalibi oldular
İran İslam Respublikasının yeniyetmələrdən ibarət stolüstü tennis komandası Azərbaycan Respublikasında keçirilən stolüstü tennis üzrə beynəlxalq turnamentin qalibi olub.
İRİB-nin bildirdiyinə görə, Azərbaycan, İran, Türkiyə, Rusiya, Gürcüstan və Litvadan olan 80 idmançının iştirakıilə keçirilən bu iki günlük turnament uşaqlar və yeniyetmələrdən ibarət iki yaş kateqoriyası üzrə keçirilib. Turnamentin qızlararası müsabiqə bölməsində Elina Rəhimi və oğlanlarası müsabiqə bölməsində Pərham Əşrəfi yeniyetmə yaş kateqoriyası üzrə çempion olublar.