Ala lalələr cənnəti - Niyasər
-
Ala lalələr cənnəti - Niyasər
İranın qədim bağ şəhərlərindən olan Niyasər bu günlər özünəməxsus ala lalələri ilə hər kəsi valeh edir. Sadəcə burada rast gəlinən ala lalələr görən hər kəsi ovsunlayır.
Niyasər İranın qədim bağ şəhərlərindən biri olaraq bu günlər turistlərin səfər üçün seçdikləri ünvanlardan biridir.
Niyasər öz gözəl təbiəti və misilsiz cazibələri ilə bu diyara səfər edən hər kəsi ovsunlayır.
Turist: Çox gözəl bir yerdir. İndiyə kimi bu qədər gözəl bir yer görməmişdim. Şübhəsiz bütün dostlarımı və tanışlarımı bura gəlmələrini tövsiyə edəcəm.
Turist: Susuz səhranın, quraqlıq bir ərazinin kənarında belə bir məkanın olduğunu təsəvvür etmirdim. Gözəl təbiəti, misilsiz çiçəkləri var.
Turist: Dünən sosial şəbəkələrdə bu ala lalələrin videosunu izlədim və buranı görmək qərarına gəldim. Həqiqətən çox gözəldir.
Yabanı şəkildə bitən bu ala lalələrə mart ayının sonlarından başlayaraq, aprel ayının ortalarına kimi burada rast gəlmək mümkündür.
Niyasət şəhərinin icra başçısı: Niyasərin min hektarlıq əkinə yararlı ərazisi var. Hər ilə təqribən bu ərazinin 100 hektarı ala lalələr ilə örtülür. Bu il də yağıntıların çox olmasını nəzərə alaraq, ötən illərlə müqayisədə ala lalələrin həcmində 70%-lik artım müşahidə olunub.
Elmi adı “Tulipan” olan və el arasında tülpan adı ilə tanınan ala lalələr Niyasərə məxsusdur . İndiyə kimi İranda 19 lalə növü aşkar edilib.