İranlı tələbə Cenevrə ixtiralar festivalının qızıl medalını alıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i339969-İranlı_tələbə_cenevrə_ixtiralar_festivalının_qızıl_medalını_alıb
İranlı tələbə, Mohəmmədreza Məcidi 47-ci Cenevrə ixtiralar festivalının qızıl medalını alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2019 12:54 Asia/Baku
  • İranlı tələbə Cenevrə ixtiralar festivalının qızıl medalını alıb
    İranlı tələbə Cenevrə ixtiralar festivalının qızıl medalını alıb

İranlı tələbə, Mohəmmədreza Məcidi 47-ci Cenevrə ixtiralar festivalının qızıl medalını alıb.

İranlı tələbə, Mohəmmədreza Məcidi bir növ dəri kremi düzəltdiyinə görə, Cenevrə ixtiralar festivalının komitəsi tərəfindən qızıl medalla təltif olunmaqdan əlavə, bu yarışların xüsusi mükafatını almağa müvəffəq olubdur.

Bu iranlı tələbənin ixtira etdiyi dəri kremi iks şüalanmaları qarşısında qoruyucu xüsusiyyətə malikdir və dərinin səthini bu şüalanmaların zərərindən qoruya bilər.

Bu kremdən tibbi görüntüləmələrdə istifadə oluna bilər. Həmçinin dalğaların üst-üstə düşmələrinin problem yaratdığı yerdə bu texnologiyadan istifadə etmək olar.

İranın şimal-şərqində yerləşən Xorasane Rəzəvi vlaiyətinin Qonabad şəhər universitetinin tibb fakültəsinin dördüncü kurs tələbəsi olan Məcidi keçmişdə Amerikanın "Silikon Valley" ixtiralar festivalının bürünc və Cənubi Koreyanın Seul beynəlxalq olimpiadasının gümüş medalını alıbdır.