Çin 45-ci naviqasiya peykini kosmosa göndərdi
May 18, 2019 11:16 Asia/Baku
-
Çin 45-ci naviqasiya peykini kosmosa göndərdi
Çin kosmosa daha bir peyk göndərməklə, "Bido" naviqasiya sisteminə daha bir peyk əlavə etmiş oldu.
Çinin kosmosa göndərdiyi peyk "Bido" peyklərinin ikinci nəslindən olan "BDS-2" peykidir. Bu həmçinin "Bido" seriyasına aid 45-ci peykdir.
Bu peyk yerin orbitində təyin olunmuş nöqtəyə çatdıqdan və sınaq mərhələlərin həyata keçirdikdən sonra Bido naviqasiya sisteminə qoşulacaq. Bununla da bu sistemdən istifadə edənlər daha yaxşı xidmətlə təmin olunacaqlar. Çinin "Şi Çan" peyklərin kosmosa göndərilməsi mərkəzinin direktoru Jang Juyo bu barədə dedi: Peykin kosmosa göndərilməsi əməliyyatı uğurlu alınıb.