Çobanyastığı çiçəyinin yığılması
-
Çobanyastığı çiçəyinin yığılması
Son illərdə dərman bitkilərinə tələbatın artması onların yetişdirilməsinə marağın çoxalmasına səbəb olub. Buna görə də əkinçilər iqtisadi baxımdan da sərfəli olan bu bitkilərin yetişdirilməsinə böyük həvəs göstərirlər.
Baharın gəlişi ilə çobanyastığı çiçəyinin ətri hər yeri bürüyüb. Xalq təbabətində tanınmış bitkilərdən olan çobanyastığının adı bir çoxları üçün tanışdır.
Çobanyastığı çiçəklərinin açılması ilə insanın könlünə fərəh dolur.
Artıq bir neçə gündür ki, çobanyastığı tarlasında çiçəklərin toplanılmasına başlanılıb.
Səhər saat 7-dən çiçəkləri toplamağa başlayırıq.
Gün ərzində 200 kq çobanyastığı çiçəyi toplayırıq. Məhsul yığımı çox yaxşı gedir.
Bu, İranın qərbində əkilən ilk çobanyastığı tarlasıdır.
Ölkədə üçüncü çobanyastığı tarlasıdır. Qorqan və Yasucda da çobanyastığı yetişdirilir.
Hərsin məntəqəsinin iqlim şəraiti dərman bitkilərinin yetişdirilməsi üçün münasibdir. Yaxşı gəlirə malik olduğu üçün əkinçilərin bu sahəyə maraq göstərmələrini istəyirik.
Burada çobanyastığı ilə yanaşı digər dərman bitkiləri də yetişdirilir.
Razyanə, sığırquyruğu, dərman levistiki, adi kasni, keşniş və digər bitkilər yetişdirilir
Bir neçə ildir ki, Kermanşahda dərman bitkilərinin yetişdirilməsinə maraq artıb.
Bu il 3200 hektar ərazidə müxtəlif növ dərman bitkiləri əkilib. Və 6400 ton məhsulun toplanılması proqnoz edilir.
Mütəxəssislərin dediklərinə görə, münasib iqlim şəraitinin olmasını nəzərə alaraq, dərman bitkilərinin yetişdirilməsi və emalı yeni iş yerlərinin yaranması və ixracatın artmasına səbəb ola bilər.
Burda yetişdirilən məhsullar əsasən kosmetik vasitələr və bitki dərmanları istehsal edən zavodlara göndərilir.
Dərman bitkiləri, onlardan düzgün istifadə olunduğu təqdirdə, hər bir ölkə üçün milli sərvət hesab oluna bilər.