İranlı şahmatçı qız Əbu-Zəbi yarışlarının qalibi oldu
May 22, 2019 09:49 Asia/Baku
-
İranlı şahmatçı qız Əbu-Zəbi yarışlarının qalibi oldu
İranlı şahmatçı qız Sara Xadim Əş-Şəriə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dəbidə keçirilən "Ramazan Kuboku" yarışlarının qalibi oldu.
İRİB-nin bildirdiyinə görə, Sara Xadim Əş-Şəriə bu yarışların sonunda 6.5 xal ilə birinci olub. Serbiya və Ukraynalı şahmatçılar isə müvafiq olaraq ikinci və üçüncü olub.
Bundan öncə Sara Xadim Əş-Şəriə Birləşmiş Ərəb Əmirliklərində keçirilən sürətli şahmat yarışlarında üçüncü olmuşdu.
Dünya Şahmat Federasiyasının ən son reytinq cədvəlinə əsasən Sara Xadim Əş-Şəriə dünyanın ən yaxşı şahmatçı qadınları arasında 15-ci pillədə durur.