İranlı yunan-roma güləşçiləri Qazaxıstan beynəlxalq yarışlarının ikincisi olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i341273-İranlı_yunan_roma_güləşçiləri_qazaxıstan_beynəlxalq_yarışlarının_ikincisi_olublar
İran İslam Respublikasının yunan-roma güləşi üzrə yığma komandası bu idman növü üzrə Qazaxıstanda keçirilən beynəlxalq yarışların ikincisi olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2019 04:57 Asia/Baku
  • İranlı yunan-roma güləşçiləri Qazaxıstan beynəlxalq yarışlarının ikincisi olublar
    İranlı yunan-roma güləşçiləri Qazaxıstan beynəlxalq yarışlarının ikincisi olublar

İran İslam Respublikasının yunan-roma güləşi üzrə yığma komandası bu idman növü üzrə Qazaxıstanda keçirilən beynəlxalq yarışların ikincisi olubdur.

İranın yunan-roma güləşi üzrə seçmə komandası bir qızıl, bir gümüş və üç bürünc medal əldə edərək, bu idman növü üzrə Qazaxıstanda keçirilən Bulat Turlixanov kuboku uğrunda beynəlxalq yarışların ikincisi olubdur.

Rusiyanın yunan-roma güləşi üzrə yığma komandası bu yarışların çempionu olub. Qazaxıstan komandası isə üçüncü yerlə kifayətlənibdir.

Bulat Turlixanov kuboku uğrunda yunan-roma güləşi üzrə beynəlxalq yarışlar şənbə və bazar günləri İran, Qazaxıstan, Ermənistan, Tacikistan, Özbəkistan, Belarus, Ukrayna, Qırğızıstan, Gürcüstan, Rusiya, Bolqarıstan, Moldova və Monqolustandan olan 181 güləşçinin iştirakı ilə Qazaxıstanın Almatı şəhərində keçirilib.