Təbrizdə əl işləri və turizm sərgisi açılıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i343592-təbrizdə_əl_işləri_və_turizm_sərgisi_açılıb
Təbrizdə əl işləri sənayesi üzrə 9-cu milli, turizm üzrə isə ilk sərgi açılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2019 16:58 Asia/Baku
  • Təbrizdə əl işləri və turizm sərgisi açılıb
    Təbrizdə əl işləri və turizm sərgisi açılıb

Təbrizdə əl işləri sənayesi üzrə 9-cu milli, turizm üzrə isə ilk sərgi açılıb.

Əl işləri sənayesi üzrə milli sərgidə bu sahə üzrə istehsalçılar və fəallar öz məhsullarını 210 pavilyonda təqdim edirlər.

Bu miqdardan 110 pavilyon Şərqi Azərbaycan vilayətinin sənətkarları, yüz pavilyon da digər vilayətlərdən gəlmiş əl işləri sənayesi fəalları üçün nəzərdə tutulub və pulsuz şəkildə sənətkarların ixtiyarına verilibdir.

Birinci turizm sərgisində də əlli pavilyon fəaliyyət göstərir. Ölkənin on iki vilayətindən gəlmiş və turizm sahəsində fəaliyyət göstərən nəqliyyat və xidmət şirkətləri, səfər xidmətləri ofisləri, turizm cəmiyyətləri, otellər və mehmanxanalar bu sərgidə iştirak edirlər.