İranda ənənəvi boyama emalatxanası
İyul 03, 2019 16:58 Asia/Baku
-
İranda ənənəvi boyama emalatxanası
İranda xalçatoxumanın uzun tarixinə əsasən, iranlı ənənəvi boyaçılar Bicar şəhərində bir araya gəliblər.
Bu kursun keçirilməsində məqsəd, əhalinin bir daha ənənəvi xalçalar, onların naxışları, boyası və təbiit toxunuşları ilə tanış olması və onların təqdim edilməsidir.
Bu üçgünlük kursda iştirak edənlər nəzəri və praktik metodlarla boyama elmi ilə daha çox tanış olurlar.
İranın on beş məşhur vilayətindən seçilmiş xalçatoxuma üzrə ustadlardan otuz nəfərdən çoxu təlim və praktik səviyyəsini artırmaq üçün üç gün müddətinə bu təlim kursunda iştirak edir.
Boyama sənəti xalçatoxumanın əsas sənətlərindəndir və onun inkişaf etdirilməsi gözəl ənənəvi xalçanın rövnəqi ilə yanaşıdır.