Sementdən istifadə olunmadan polimer beton istehsalı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i344907-sementdən_istifadə_olunmadan_polimer_beton_istehsalı
İranın Mazandaran vilayətindəki yerli mütəxəssislər polimer maddələri ilə sementdən istifadə edilməyən beton istehsal edə biliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2019 15:09 Asia/Baku
  • Sementdən istifadə olunmadan polimer beton istehsalı
    Sementdən istifadə olunmadan polimer beton istehsalı

İranın Mazandaran vilayətindəki yerli mütəxəssislər polimer maddələri ilə sementdən istifadə edilməyən beton istehsal edə biliblər.

Nəreyşen: Sementdən istifadə edilməyən beton istehsalı elmi əsaslı ideyaya əsaslanır və indiyədək yalnız Almaniya, Rusiya və Amerika onun düzəldilməsi texnologiyasına malik idilər.

Bura, Qaemşəhrin “Səngtab” sənaye şəhərciyidir. İranlı mütəxəssislər polimer maddələrlə nişabur və qumdan hazırlanmış mədən maddələrindən sementdən istifadə olunmayan sines betonu istehsal edə biliblər.

Müsahibə: Zərbə qarşısında çox yüksək müqavimətə malikdir. Hərbi sənayedə istifadə olunan şoklar qarşısında yüksək müqavimət göstərir. Emalolunma qabiliyyətinə malikdir və biz heç vaxt sınma və tullantılarla üzləşmirik.

Nəreyşen: Bu məhsul yüksək təzyiq və əyilmə müqavimətinə görə, hazırda hərbi və quruculuq işlərində, həmçinin yeyinti sənayesi komplekslərində böyük istifadəyə malikdir.

Bura, ölkənin yeyinti sənayesi komplekslərindən biridir.

Müsahibə: Əvvəllər epoksi döşəməsindən istifadə edərdik. Aparılmış araşdırmalar nəticəsində turşuya qarşı və yüksək müqavimətə malik olan döşəmələr üçün nəzərdə tutulan siletdən istifadə edən bir məcmuə ilə tanış ola bildik.

Nəreyşen: Bu növ betonda suyun cəzb olunması miqdarı sıfıra enibdir.

Müsahibə: Müqavimət və soyuqluq baxımından əsla formasını dəyişmir.

Nəreyşen: Mazandaran vilayətinin sahibkarlıq fondunun müdiri bu kompleksin bir milyard riyallıq kreditin verilməsindən bəhrələndiyini bildirərək, deyib:

Müsahibə: Bu ilin birinci rübündə sahibkarlara 210 milyard riyal məşğulluq krediti ödəmişik və cari ilin sonunadək 800 milyard riyal da ödəniləcəkdir.

Nəreyşen: Sines betonu ölkənin tikinti sənayesində mühüm bir sıçrayış yaradıb.

Hər il bazara yüz tona yaxın sines betonu məhsulları göndərilir.