Təbrizdə maşın avadanlığı sərgisi
-
Təbrizdə maşın avadanlığı sərgisi
İyulun 23-dən 26-dək Təbrizdəki beynəlxalq sərgilər məkanında 23-cü çap və qablaşdırma avadanlıqları sərgisi və 27-ci İran ev ləvazimatı sərgisi keçirilir.
Təbrizdə 23-cü çap və qablaşdırma avadanlıqları sərgisi və 27-ci İran ev ləvazimatı sərgisi keçirilir.
20 modeldə soyuducu istehsal edirik. Buzlaqlı ekiz soyuducular. Bundan əlavə, sadə soyuducular və eni 85 santimetr olan soyuducular. Onların modelləri doğrudan da birinci dərəcəli və yüksək keyfiyyətlidir.
Çalışmışıq ki, modern işləri gətirək. Yəni səy göstərmişik ki, Türkiyə işlərini qabaqlayaq. Ayaqqabı sənayesində bizim işimiz hər il inkişaf edir. Bütün ayaqqabılar təbii dəridəndir.
13-cü şirniyyat və şokolad, 6-cı spirtsiz içkilər və onların xammalı, həmçinin 16-cı kosmetika, yuyucu və sellüloz maddələr sərgisi də keçirilməkdədir.
Rəqib oxşar məhsullar ilə müqayisədə qiymətlərimiz münasibdir. Bu sərgi iyulun 26-dək bərqərardır.