"Dəniz oğlu" animasiyası Seul festivalında ən yaxşı Asiya filmi olub
-
"Dəniz oğlu" animasiyası Seul festivalında ən yaxşı Asiya filmi olub
Abbas Cəlali Yektanın rejissorluq etdiyi "Dəniz oğlu" animasiyası Cənubi Koreyanın Seul şəhərində keçirilən film, animasiya və cizgi filmi festivalının uşaq və yeniyetmə bölməsində ən yaxşı Asiya filminin nağd mükafatını əldə edib.
İyulun 17-dən 21-dək Cənubi Koreyanın paytaxtında keçirilən 23-cü animasiya və cizgi filmi festivalı- "SICAF"da "Dəniz oğlu" animasiyası həmçinin festivalın uşaq və yeniyetmə filmləri müsabiqəsi bölməsində nümayiş etdirilib.
Bu animasiya filminin hekayətinin xülasəsində deyilir: Bir qadın və kişi bir oğlanla yanaşı divar üstündə yaşayırlar. Oğlanın iştirakı yavaş-yavaş onların həyatında dəyişikliklər yaradır...
Bundan öncə "Dəniz oğlu" animasiyası 59-cu Annecy(ensi) festivalının qısametrajlı filmlər perspektivi müsabiqəsi bölməsində nümayiş etdirilərək, Fransanın Annecy(ensi) şəhərinin xüsusi mükafatı olan "Prix de la Ville d’Annecy"ni almağa müvəffəq olmuşdu.