Mövsümi qripdən qorunaq
-
Mövsümi qripdən qorunaq
Payız fəslinin başlanması və hərarətin azalması ilə bəzi xəstəliklər, o sıradan qrip daha çox yayılır. Şəxsi gigiyenaya riayət və xəstələrin izdihamlı yerlərə getməmələri qripə yoluxmanın qarşısını almağın yollarından biridir. Mütəxəssis həkimin daha artıq tövsiyələri.
Payız fəslinin başlanması və hərarətin azalması ilə bəzi xəstəliklər daha çox yayılır. Bu xəstəliklərdən biri, qripdir.
Doktor Baqeri: İndiyə kimi 250-dən çox qrip virusu müəyyən edilib. Qripin siması hər il dəyişir. Əlamətləri budur ki, ola bilsin, şəxsdə oynaq iltihabı yaranmış və xəstə geniş miqyaslı ağrılara düçar olmuş olsun. Müalicəsi üçün də antibiotikə ehtiyac yoxdur. Sırf olaraq xəstə istirahət etməli, mayelər və enerjili yeməklər qəbul etməlidir.
Qrip peyvəndi xəstəliyin profilaktikasının ən yaxşı yollarından biri olan qrip virusunun səthi antijenlərini əhatə edir.
Doktor Baqeri: Qrip peyvəndini hər il əldə edirlər. Buna görə, öncəki ilin vaksinasından istifadə etmək olmaz. Həmin ildə yayılmış viruslardan vaksinanın hazırlanmasında istifadə olunur. Təsirli də ola bilər, təsirsiz də.
Mövcud qrip vaksinaları səhiyyə nazirliyinin möhürü ilə təsdiq olunur. Mötəbər əczaçlıq şirkətləri tərəfindən standart şəraitdə və soyuq zəncir şəraitinə riayət edilərək apteklərə verilir.
Qrip əleyhinə peyvənd almalı şəxslər kimlərdir?
Doktor Baqeri: 5 yaşından aşağı və 65 yaşından yuxarı insanlar, şəkərli diabet, astma, böyrək çatışmazlığı və xərçəng kimi xroniki və uzunmüddətli xəstəlikləri və çoxsaylı müştərisi olan insanlar.
Kimlər qrip peyvəndi vurdurmamalıdırlar?
Doktor Baqeri: Yumurtaya allergiyası olan şəxslər qrip peyvəndi vurdurmamalıdırlar. Peyvəndin vurulmasının ən münasib vaxtı mövsümi qripin hücumundan öncədir.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hər il beş milyon nəfərə yaxın insan şiddətli qripə yoluxur.