Xoy gömrüyündən ixracat artıb
-
Xoy gömrüyündən ixracat artıb
Daxil olan məlumatlara görə, ağır sanksiyalara rəğmən, cari ilin ilk altı ayında Xoy gömrüyündən ixracat olduqca diqqətəlayiq olubdur.
İxracat ölkənin inkişaf mehvərlərindən biri və İranın əmtəə mallarının dünya bazarlarında iştirakı üçün bir yoldur.
Bura, Qərbi Azərbaycan, üç ölkə ilə qonşuluqda yerləşən məkan, ixracat sahəsində inkişafa doğru bir darvazadır. Bu arada üç daxili, sərhəd və dəmiryolu gömrüyünə malik Xoy məntəqəsi ixracat sahəsində daha qabarıq rola malikdir.
m- Türkiyənin Mersin bölgəsindən yük gətirmişəm. İrandan da Türkiyəyə yük aparıram.
Xoy məntəqəsinin gömrükləri cari ilin ilk yarısında 42 milyon tonluq müxtəlif əmtəə malı ixrac edərək, ölkəmizin ticarət balansının təsbiti və sanksiyalarla mübarizədə iqtisadi hədəflərin reallaşmasında təsiredicilik payına malik olubdur.
m- Ölkənin ilk 6 ayı üzrə ekspert statistikası belədir ki, 17,8 milyard dollarlıq ixracatımız və 17,7 milyard dollarlıq idxalatımız olub. Bu da onu göstərir ki, xoşbəxtlikdən, ölkənin ticarət balansı müsbət olmaqda davam edir. Sanksiyaların ağır olmasına rəğmən, ölkənin iqtisadiyyatı olduqca güclüdür.
Bu müddtədə Xoy gömrüyündən ixrac olunmuş əmtəə mallarının əlli faizi elə bu vilayətin istehsal etdiyi məhsullar olubdur.
m- Bizim bu gömrükdən ixrac edilən başlıca əmətəə mallarımız, isoqam, mebel, meyvə şirəsi, meyvə konsentratı, roker və sairədir. Bu məhsulları İraq, Türkiyə və Avropaya ixrac etmişik.
Dəmiryolu tranziti İran-Türkiyə sərhədində olduqca mühüm bir imkandır və cari ilin ilk yarısında bu gömrükdən 192 milyon dollar dəyərində 150 min ton müxtəlif əmtəə malının tranziti göstərdi ki, bu marşrutun qatarı iqtisadi inkişafa kömək üçün durmadan hərəkət edir.