Sənaye istifadələri olan mühəndislik polimerləri
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i351250-sənaye_istifadələri_olan_mühəndislik_polimerləri
Əmir Kəbir Universitetinin iki gənc tədqiqatçısı tərəfindən İran polimerləri ilə toxuma lifləri və idman məhsulları istehsal olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2019 04:10 Asia/Baku
  • Sənaye istifadələri olan mühəndislik polimerləri

Əmir Kəbir Universitetinin iki gənc tədqiqatçısı tərəfindən İran polimerləri ilə toxuma lifləri və idman məhsulları istehsal olunur.

Nəreyşen:

Əmir Kəbir Universitetinin polimer rəng fakültəsininn aspirantları poliuretanların yerli istehsalını tədqiq edirlər. Poliuretanlar yüksək izafi dəyərə malik olan mühəndislik polimerləridirlər.

Müsahibə:

İsti və yumşaq formada olur və əsasən idxal edilir, lakin biz yumşaq seqmentlərin quruluşunda xas dəyişikliklər apardıq. Bu xüsusiyyətləri mühəndisləşdirdik və çox yüksək mexaniki xüsusiyyətlər əldə etdik.

Nəreyşen:

Poliuretanların xammalı İranda mövcuddur, lakin onun son materialı İranda istehsal edilmir.

Müsahibə:

Bu poliuretanlar belə bir xüsusiyyətə malikdirlər ki, biz onlardan istədiyimiz xasiyyəti ala bilərik. Əgər yumşaq və ya sərt xasiyyətə ehtiyacımız olarsa, molekul dəyişikliyi aparmaqla həmin xasiyyəti əldə edə bilərik.

Nəreyşen:

Biokomponentlik, yaxşı işləmə qabiliyyəti və yüksək ərimə gücü bu poliuretanların yüksək xüsusiyyətləridir. İdman məhsulları, kabel örtükləri, toxuma lifləri və avtomobil sənayesində geniş istifadə olunur.

Müsahibə:

Bu, texnologiyanın xarici növü ilə eyni deyil. İnnovasiya da edilib. Biz elə bir xasiyyətlərə çata bilmişik ki, tanınmış oxşar xarici şirkətlərin qarşısında ikiqat mexaniki xüsusiyyətlərə malikdir. Biz infrastrukturdan makroskopik xasiyyətlərə nail ola bilmişik. Əgər bu məsələ sənayeləşdirilərsə, oxşar import məhsullarla müqayisədə xərclər əlli faiz azala bilər.

Nəreyşen:

ISI-ın ixtisaslaşdırılmış jurnallardakı səkkiz məqaləsi bu layihənin elmi nailiyyətlərindəndir.