Əfqanıstan əl işləri sənayesi
Əfqanıstan əl işləri sənayesi bu ölkənin qədim tarixindən söz açır. Elə bu əl işləri sənayesi daxil olmaqla müxtəlif sənaye formasında özünü göstərən bir sivilizasiya.
Bamiyan şəhərindən olan xanım Kərimi savaş ilə od arasından sərgidə iştirak etmək üçün Kabilə gəlibdir.
Əl işləri sənayesi əfqan qadınların hünəridir. Əfqanıstanda bir çoxları bu işlə məşğuldurlar.
m.q- Bu, hezaregi geyimidir. Bu papağı hezaregi papağı kimi yad edirik. Kişilər başlarına qoyurlar.
Əfqan sənətkarlar öz mallarından ən yaxşı istifadəni etməyə çalışırlar. O cümlədən dünya şöhrətinə malik olan bu ölkənin qiymətli daşlarından.
m.q- Bunlar lazurit adlı qiymətli daşlarla bəzədilmiş bilərziklərdir. Bütün bunlar əllə hazırlanıbdır. Bunlar xalqımızın çox qürur duyduğu sırğalar və bilərziklərdir.
Lazurityonma, tikmə, zərgərlik və xalçaçılıq Əfqanıstanda məşhur əl işləri sənayesi sahələridir.
Əfqan qadınlar ortaq bir mədəniyyətin mövcudluğunu nəzərə alaraq, mallarını İran sənətkarları ilə bölüşməyə çox maraqlıdırlar.
mq - Birgə bir sərgi təşkil edilərsə, biz də İranın əl işləri sənayesi məhsullarını ala və İran sənətini daha yaxşı tanıya bilərik. Onlar da bizim sənətimizi daha yaxından tanıya bilərlər.
Bura Əfqanıstandır. Onilliklər boyu davam edən müharibə və əmin-amansızlıqdan əziyyət çəkən bir ölkə, hətta əl işləri sənayesi sənəti üzrə məsul şəxslərin sərgilərə baş çəkə bilmədikləri bir ölkə.
m.k - Əmin-amansızlıq və müharibə olduğuna görə ziyarətçilər azdır. Əgər təhlükəsizlik olarsa, ziyarətçilər daha çox olar və biz daha çox mal sata bilərik.
Əfqanıstanda əl işləri sənayesi sahəsində fəaliyyət göstərən insanlar barədə bir statistika yoxdur, amma Əfqanıstanın ənənəvi cəmiyyəti səbəb olubdur ki, hələ qadınlar daxil olmaqla çoxlu sayda insan bu sahədə fəaliyyət göstərmiş olsun.