"Sumqayıt" - "Neftçi" oyununda 6 qol
Okt 28, 2019 10:56 Asia/Baku
-
"Sumqayıt" - "Neftçi" oyununda 6 qol
Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, “Sumqayıt” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. İlk dövrədə 2:1 hesablı qələbə qazanmış paytaxt təmsilçisi bu uğuru səfərdə də təkrarlamağa çalışıb. Sumqayıtlılar isə “ağ-qaralar”dan xal və xallar almağı hədəfləmişdilər. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə 4 qol vuran paytaxt klubu əzmkar qələbəyə sevinib.
Tura bu gün yekun vurulur.