Su üzərində sərgi
-
Su üzərində sərgi
İstanbulun qədim Sultan Əhməd bölməsində yerləşən Şerfiyyə su anbarında tarixi Milas xalılarından ibarət sərgi təşkil edilib.
Şerfiyyə su anbarına daxil olmaq və qədim Milas xalçalarına tamaşa etmək üçün yerin dərinliyinə doğru onlarla pillə enmək lazımdır. Bu su anbarı İstanbulun tarixi Sultan Əhməd hissəsində qədim su təchizatı sisteminin bir hissəsi olubdur. Bu sərginin xalçalar məcmuəsinin adı, xalçaçılıqla tanınan Aralıq dənizi hövzəsində bir tarixi şəhərin adından götürülübdür.
Bu kolleksiyanın sahibi olan Səlcuq Mergen son otuz ildə topladığı xalçalar məcmuəsindən 37 xalçanı burada sərgiləyib. O, İran və Türkiyə xalçalarının fərqləri və oxşarlıqlarından danışır:
m.k- Çoxsaylı mədəni ortaqlıqlara malik olan İran və Türkiyə bir sivilizasiya dairəsində yerləşirlər. Xalçaçılıq sənəti fərqli üslublara malik olan bu ortaq mədəniyyətin bir hissəsidir.
Sərgidəki bəzi xalçaların yaşı 18-ci milad əsrinin sonlarına gedib çıxır. Halbuki deyilənlərə görə, dünyanın ən qədim xalçası İrana və 4-cü milad əsrinə aiddir. Həmin xalça Rusiyanın Armitaj muzeyində saxlanır.
m.k- Əsl İran xalçaları, o cümlədən İsfahan səpkisində toxunmuş xalçaları bəyənirəm. Ümumiyyətlə İran xalçaları son dərəcə nəfisdirlər.
Xalçaçılıq iranlıların sənətlərindən olaraq, minillik bir tarixə malikdir. İranın ən qədim xalçası öz yarandığı məkandan kənarda, qeyri-İran muzeylərində saxlanır.