Parça idxalatına ehtiyac aradan qaldırılır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i357030-parça_idxalatına_ehtiyac_aradan_qaldırılır
Toxuculuq sənayesi İranın sərvətlərindən biri olaraq neftdən asılı olmayan davamlı iqtisadiyyat uğrunda bu sərvəti artırmaq və onu idarə etmək zəruri görünür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2020 16:45 Asia/Baku
  • Parça idxalatına ehtiyac aradan qaldırılır
    Parça idxalatına ehtiyac aradan qaldırılır

Toxuculuq sənayesi İranın sərvətlərindən biri olaraq neftdən asılı olmayan davamlı iqtisadiyyat uğrunda bu sərvəti artırmaq və onu idarə etmək zəruri görünür.

İstehsala başlayarkən şübhələnirdilər, Parçanı uzaq ölkələrdən alır və yaxşı mənfəət edərək müştərilərə satırdılar. Amma indi bir neçə aydır ki, istehsal üçün təchizat quraşdırıblar. 

Kişi: İnfrasturukturu hazırladıq və istehsala start verdik. Keçmişdə bütün bunlar 9 işçi ilə həyata keçirdi çünki hər şey idxal olunurdu. İndi isə mindən çox adama iş yeri yaradılıb. 

Kişi: Məhsullarımız ECO100 standartını qazana bildi, bu standart Avropa tərəfindən qəbul olunur. 

İndi daxili bazarda yaxşı paya malikdirlər və bütün ölkə səviyyəsində fəaliyyəti düşünürlər. 

Kişi: Bu gün ölkə səviyyəsində mebel üzlüklərinin 70 faizindən çoxunu istehsal edirik. İnşaallah yeni avadanlıqları quraşdırdıqdan sonra bu sahəyə olan bütün tələbatı təmin edəcəyik. 

Cənab Hemməti deyir ki, yeni işçilərin əlavə olunması istehsalın artmasına səbəb olur ancaq bunun üçün mövcud maneələr də aradan qaldırılmalıdır. 

Kişi: Lüzumsuz idxalata görə, 4 milyon kvadrat metr parça burada anbar olunub. 

Kişi: Bizim ehtiyacımız olan ilkin materialların təmin edilməsi üçün Təbriz, Zəncan, Qəzvin, İsfahan və Yəzddəki zavodlar öz işçilərinin sayına min nəfər də əlavə etdilər. 

Ölkənin abadlığı və inkişafı naminə həyata keçən bu fəaliyyətlər inqilabın birinci və ikinci nəslindən olan gənclər tərəfindən reallaşır bu isə o deməkdir ki, gənclər olan yerdə işlər çətin olmur.