"Qəbələ" uduzdu, "Qarabağ" qalib gəldi
Fev 03, 2020 04:32 Asia/Baku
-
"Qəbələ" uduzdu, "Qarabağ" qalib gəldi
Azərbaycan Premyer Liqasında XV tur başa çatıb.
Apasport.az saytının məlumatına görə, turun ikinci oyun gününə Qəbələdə start verilib.
Mövsümün ikinci yarısında ilk matçlarını keçirən “Keşlə” və “Qəbələ” sonuncuların meydanında üz-üzə gəlib. Paytaxt təmsilçisinin ilk 45 dəqiqədə vurduğu iki qol qələbə üçün kifayət edib.
Tura liderlə autsayder arasında qarşılaşma ilə yekun vurulub. Son çempion “Qarabağ” “Səbail”in qonağı olub. Mahir Emrelinin vurduğu top çempiona üç xal qazandırıb. Bu, liderin izləyiciləri ilə xal fərqini 8-ə çatmasına səbəb olub.
Qeyd edək ki, növbəti turun oyunları fevralın 7-8-də keçiriləcək.