Apr 14, 2020 20:17 Asia/Baku
  • Zəncan muzeyi
    Zəncan muzeyi

Muzeyləri görməklə asanlıqla keçmişlə əlaqə qura və onu tanıya bilərsiniz. Zəncan muzeyinə də baş çəkirik. Duz adamlar neçə ildir ki, orada saxlanırlar.

 

Zolfəqari İmarəti kimi də tanınan arxeologiya muzeyi ürəyəyatan və səmimi bir mühtiə malik çox gözəl bir məkandır. Duz adamların dincəldikləri məkandan əlavə, özünəməxsus tarixi abidələrə də malikdir. Burada dəmir dövrünə məxsus müxtəlif növlü saxsı qablar, kiçik və boz saxsılar, Əşkanilər dövrünə aid olan emallı saxsı qablar, müxtəlif kuzələr və naxışlı qılıncları bir yerdə görə bilərsiniz.

Zolfəqari İmarəti Qacar hakimiyyətinin sonlarında inşa olunub və 1379-cu günəş ilində bir neçə mərhələdə restavrasiya edildikdən sonra Çehrabad duz mədənindən əldə olunmuş abidələr məcmuəsi arxeologiya muzeyinə köçürülməklə mimiyalılara çevriliblər. Duz adamları duzdan təşkil olunmayıblar. Onlar da bizim kimi ət, dəri və sümükdən təşkil ediliblər. Amma duz onları əbədi olaraq saxlayıbdır. Duz onlara ölməzlik rəngi və dadı bəxş edibdir.

Çehrabad duz mədənindən indiyə kimi beş mumiyalı aşkar edilib. Mədəndən tapılmış bütün mumiyalılar fəhlələr və mədən işçiləri olublar. Onlar mədənin uçması və tunelin tavanının çökməsi nəticəsində ölərək, uçqunlar arasında qalıblar.

Bu abidə Came Məscidi və bazar kimi digər tarixi mərkəzlərin yaxınlığında yerləşir. Bundan əlavə, hotel, yeməkxana, ənənəvi restoran və Zolfəqari İmarətindəki duz adamlara baxmaq istəyənlər üçün nəqliyyat vasitələri kimi rifah mərkəzləri asanlıqla əlçatandır.

Zəncan bir çox olduqca dadlı ənənəvi yeməklərə malikdir. Onlardan dadmağınız pis olmazdı. Çox məşhur olan Zəncanın turş aşından əlavə, kəllə cuş, şorba, əriştə aşı, yarma aşı, Zəncanın digər ənənəvi yeməklərindəndir.

ZƏNCAN MUZEYİ

Teqlər