İki İran filmi Busan Beynəlxalq Film Festivalında uğur qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i369064-İki_İran_filmi_busan_beynəlxalq_film_festivalında_uğur_qazanıb
Cənubi Koreyada keçirilən 26-cı Busan Beynəlxalq Film Festivalı qaliblərin təqdimatı və iki İran filminə mükafatların verilməsi ilə öz işinə yekun vurub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 30, 2020 11:45 Asia/Baku
  • İki İran filmi Busan Beynəlxalq Film Festivalında uğur qazanıb

Cənubi Koreyada keçirilən 26-cı Busan Beynəlxalq Film Festivalı qaliblərin təqdimatı və iki İran filminə mükafatların verilməsi ilə öz işinə yekun vurub.

SəhərAzəri İSNA-ya istinadla xəbər verir ki, 21- 30 oktyabr tarixləri arasında keçirilən bu kino hadisəsində "Nəvid Mahmudi"nin çəkdiyi "Mütəhhər suda ölmək" filmi 26-cı Busan Beynəlxalq Film Festivalının xüsusi "Kim Ji Seok" mükafatını qazanıb.

Həmçinin "Mina Keşavərz"in çəkdiyi "Təhlükədə aşamaq bacarığı" sənədli filmi də Busan Film Festivalında ən yaxşı sənədli film üzrə "Mecenat" mükafatını qazanıb.

"Təhlükədə yaşamaq bacarığı" sənədli filmi Amsterdam Beynəlxalq Sənədli Film Festivalında da qəbul edilib.