Noy 26, 2020 10:56 Asia/Baku
  • Kriştiano Ronaldo: “Əvəzolunmaz sehrbaz çox tez getdi”

Kriştiano Ronaldo da daxil, dünya futbolunun bir neçə ulduzu futbo əfsanəsinin ölümünə reaksiya göstəriblər.

SəhərAzəri Tasnim-ə istinadla xəbər verir ki, Dieqo Armando Maradonanın ölümündən sonra Kriştiano Ronaldo onunla birgə fotosunu paylaşıb və belə yazıb: "“Bu gün mən dostumla, dünya isə əbədi dahi ilə vidalaşır. Tarixin ən yaxşılarından biri ilə. Əvəzolunmaz sehrbaz. O, çox tez getdi. Amma sərhədsiz irs və boşluq qoydu. Bu boşluğu heç kim aradan qaldırmayacaq. Dahi, rahat yat. Sən heç vaxt unudulmayacaqsan”.

Futbol kralı Pele də əfsanəvi Dieqo Maradonanın ölümünə münasibət bildirib. Braziliyalı veteran futbol tarixinin ən yaxşı oyunçusu adına şəriki sayılan argentinalının ölümünə üzüldüyünü açıqlayıb.

Pele Maradona ilə yenidən qarşılaşacağını qeyd edib: “Dostları belə itirmək kədərlidir. Bir dəfə onunla göylərdə yenidən futbol oynayacağıq”.

Həmçinin Barselona klubunun sabiq yarımmüdafiəçisi və Əl-Sədd komandasının hazırkı baş məşqçisi Xavi Ernandes də Maradonanın ölümünə reaksiya verib: "Minnətdaram əbədi mif və futbolun saf ilhamvericisi, Ruhun şad olsun.

Paolo Maldini yazıb: "Böyük Dieqo əl-vida. Sən mənim üçün həmişə qəhrəman olacaqsan. Ruhun şad olsun dostum.

Digər bir argentinalı futbol əfsanəsi Gabriel Batistuta, Maradonanın ölümünə reaksiya olaraq, belə yazıb: "Sonsuza qədər minnətdaram. Sənin üçün ağlayıram və ailənin yanındayam. Ruhun şad olsun əziz Dieqo".

İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç də Maradonanın ölümünə münasibət bildirib.

 İsveçli superulduz instaqram səhifəsindən paylaşımı zamanı Maradonanın ürəklərdə yaşayacağını yazıb.

Dieqo ilə şəklini paylaşan 39 yaşlı forvard bu ifadələrə yer verib: “Maradona ölməyib, ölməzdir. Tanrı dünyaya bütün zamanların ən istedadlı futbolçusunu verdi. Əbədi yaşayacaq".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.

Teqlər