İran filmi Türkiyə Film Festivalında mükafata layiq görülüb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370479-İran_filmi_türkiyə_film_festivalında_mükafata_layiq_görülüb
İranın "Gecə növbəsi" filmi Türkiyənin "Hak-iş" Beynəlxalq Qısa Film Festivalında ən yaxşı xarici film mükafatına layiq görülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2020 09:24 Asia/Baku
  • İran filmi Türkiyə Film Festivalında mükafata layiq görülüb

İranın "Gecə növbəsi" filmi Türkiyənin "Hak-iş" Beynəlxalq Qısa Film Festivalında ən yaxşı xarici film mükafatına layiq görülüb.

SəhərAzəri xəbər verir, Əşkan Hatəminin çəkdiyi "Gecə növbəsi" filmi Türkiyənin 9-cu qısametrajlı film festivalında 120 ölkədən göndərilən 4 min 217 film arasında ən yaxşı xarici film nominasiyası üzrə qalib olub.

"Gecə növbəsi" tibb bacısı işləyən bir anadan bəhs edir ki, koronavirus pandemiyasının yaratdığı çətin şəraitdə qızını tək qoyur və koronavirusla mübarizə üzrə öz insani və vəzifə borcunu yerinə yetirmək üçün xəstəxanada çalışır və sonda özü də koronavirusa yoluxub, şəhid olur.

Bu festival dekabrın 3-də Ankara şəhərində keçirilib.