«Əmir Kəbir» Universiteti dünyanın ən təsirli universitetləri sırasında yer alıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i376645-Əmir_kəbir_universiteti_dünyanın_ən_təsirli_universitetləri_sırasında_yer_alıb
Times-ın reytinqinə görə, «Əmir Kəbir» Universiteti dünyanın ən təsirli universitetləri sırasında qərar tapıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 04, 2021 10:39 Asia/Baku
  • «Əmir Kəbir» Universiteti dünyanın ən təsirli universitetləri sırasında yer alıb

Times-ın reytinqinə görə, «Əmir Kəbir» Universiteti dünyanın ən təsirli universitetləri sırasında qərar tapıb.

SəhərAzəri-nin məlumatına əsasən, universitetlərin təsirləri üzrə 2021-ci il sıralaması Times beynəlxalq sıralama sistemi tərəfindən yayımlanıb və «Əmir Kəbir» Sənaye Universiteti də daxil olmaqla 27 İran universiteti dünyanın min 115 effektiv universiteti sırasında qərar tapıb.

Bu reytinqə görə, «Əmir Kəbir» Sənaye Universiteti Tehran Universiteti, Şərif Sənaye Universiteti, Xace Nasirəddin Tusi adına Universitet və Pedaqoji Universitet kimi ali təhsil ocaqlarından yüksəkdə durub.

Bu arada Times-ın təsirlilik reytinqinə görə, «Əmir Kəbir» Sənaye Universiteti innovasiya göstəricisində İran universitetləri arasında birinci, dünya universitetləri arasında isə 48-ci yerdə durur.

Times bu sıralamada universitetləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsasında qiymətləndirib.