İranda peykin orbital hərəkətini simulyasiya edən robot hazırlanıb
Tehran Universitetinin Müasir Elmlər və Texnologiyalar Fakultəsinin dekanı bu fakultədə peykin orbital hərəkətini simulyasiya edən ilk İran robotunun istehsal eildiyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Əli Hüseyn Rzaiyan bu barədə İRNA ilə müsahibədə məlumat verib.
Əli Hüseyn Rzaiyan deyib: "İlkin və akademik imkanlarla hazırlanmış İran robotunun ilk versiyası hazırda "aerokosmik sistemlərin uçuş performansı laboratoriyası"nda saxlanılır; Bu robot aerokosmik sənayesində idarəetmə alqoritmlərini yoxlamaq üçün buraxılış öncəsi testlər sektorunda istifadə olunur.
O, bu fakultənin on illik fəaliyyətini yüksək dəyərləndirərək, əkinçilik və şəhər işlərində çiləyici kimi istifadə edilə bilən digər bir robotun istehsalından xəbər verib və əlavə edib: "Bu məhsul laboratoriya nümunələri şəklində yüksək potensialla istehsal edilib."
Əli Hüseyn Rzaiyan qeyd edib ki, bu uçan çiləyici robot, pestisidlərin istifadəsini cihazın sürətinə və müəyyən bir modelə uyğun uyğun optimallaşdırma qabiliyyətinə malikdir.