«Nura» vaksininin test etapları uğurludur
Vaksin yaydan sonra kütləvi istehsala çatmalıdır
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah komandanının sağlamlıq, tibbi təhsil və bioloji müdafiə məsələləri üzrə müavini «Nura» vaksininin test etaplarının uğurundan xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, ikinci dərəcəli briqada generalı pasdar Əhməd Abdullahi Sepah-da istehsal olunmuş koronavirusa qarşı «Nura» vaksininin test mərhələləri barədə deyib ki, üçüncü və yekun mərhələyədək iki min nəfər bu vaksinin kliniki testindən keçəcək.
General pasdar Abdullahi «Nura» vaksininin kütləvi istehsal zamanı barədə bildirib ki, cari yayın sonunadək klinik test mərhələlərini sona çatdıra, ondan sonra da «Nura» vaksinini kütləvi istehsala çatdıra bilməliyik.
Sepah-ın «Nura» vaksini iyun ayının sonlarında təqdim olundu.
«Nura» vaksini Bəqiyətallah xəstəxanasının elmi-tədqiqat bölməsinin tədqiqatçıları, mütəxəssisləri və həkimlərinin on altı aylıq səyi və İmam Hüseyn(ə) universiteti tədqiqatçılarının iştirakı ilə düzəldilib və dünən rəsmi şəkildə klinik mərhələyə daxil olubdur.