«Sputnik V» delta ştammı qarşısında 90% təsirlidir
Sputnik V dünyada koronaya qarşı ilk vaksindir
İyul 12, 2021 08:00 Asia/Baku
Rusiyanın Novosibirsk dövlət universitetinin biotexnologiya və virusologiya laboratoriyasının direktoru deyib ki, bu ölkənin «Sputnik V» vaksininin delta ştammı qarşısındakı təsir gücü doxsan faizdir.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Netsov bu gün bildirib ki, «Sputnik V» vaksini keçmişdə korona ştammları qarşısında 95 faizədək təsirli olub, amma delta ştammı qarşısında toxunulmazlıq yaradır.
«Sputnik V» peyvəndi dünyada koronavirusa qarşı ilk vaksin kimi tanınır.
Rusiya 2020-ci il avqustun on birində koronaya qarşı «Sputnik V» adında bir vaksinə nail olduğunu bildirdi.
İlk dəfə olaraq, Hindistanda tapılan delta ştammı koronavirusun mutasiya etmiş çox təhlükəli variantıdır.