“Zenit” S.Azmunun qolu ilə Rusiya superkubokunda qalib gəlib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i379185-zenit_s.azmunun_qolu_ilə_rusiya_superkubokunda_qalib_gəlib
“Zenit” Rusiya superkubokunda iranlı futbolçu Sərdar Azmunun qolu ilə Moskvanın “Lokomotiv” komandasını məğlub edərək, superkubokun sahibi olub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 18, 2021 11:34 Asia/Baku
  • S.Azmunun
    S.Azmunun

“Zenit” Rusiya superkubokunda iranlı futbolçu Sərdar Azmunun qolu ilə Moskvanın “Lokomotiv” komandasını məğlub edərək, superkubokun sahibi olub.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən gecə Rusiyanın Kalininqrad şəhərində keçirilən bu görüşdə Rusiya premyer liqasının öncəki mövsümünün çempionu olan “Zenit” komandası Rusiya kubokunun ötən mövsümdəki qalibi Moskvanın “Lokomotiv” komandasını üç-sıfır hesabı ilə məğlub edib.

Bu, “Zenit”in Rusiya superkubokundakı altıncı qalibiyyətidir.

İranın yığma futbol komandasının üzvü Sərdar Azmun bu görüşün altmışıncı dəqiqəsinədək oynayıb. O, oyunun 57-ci dəqiqəsində komandasının ikinci qolunu vurubdur.

Rusiya superkuboku tarixində Moskvanın “TSESKA” komandası yeddi, Sankt-Peterburqun “Zenit” komandası altı, Moskvanın “Lokomotiv” komandası isə üç dəfə bu kubokun sahibi olublar.