İyul 20, 2021 14:30 Asia/Baku
  • Sara Xadim Əlşəriə
    Sara Xadim Əlşəriə

Şahmat üzrə dünya çempionatı öz üçüncü turunda İran nümayəndələrinin uğuru və onlardan ikisinin növbəti mərhələyə çıxması ilə müşayiət olunub.

SəhərAzəri-nin məlumatına əsasən,  Rusiyanın Soçi şəhəri dünən gecə şahmat üzrə dünya çempionatının üçüncü turunun sonunda İran nümayəndələrinin böyük uğuru və növbəti mərhələyə çıxmalarının şahidi olub.

Üçüncü turun birinci gecəsində ağ fiqurlarla oynayaraq, çinli qrossmeyster və bu ölkənin çempionu Yangieyi məğlub etmiş İran şahmatı təsnifatında üçüncü olan şahmat üzrə beynəlxalq usta Seyid Məhəmməd Əmin Təbatəbai dünən gecə qara fiqurlarla öz rəqibi ilə heç-heçə edərək, bu yarışların keçirildiyi dövrlərdə həmin yarışların dördüncü turuna vəsiqə qazanan ilk iranlı şahmatçı olub.

Kişilər bölməsində bu mərhələnin digər görüşündə qara fiqurlarla Nomaşevskilə bərabərə qalmış Pouya İdani dünən gecə ağ fiqurlarla da bu nəticəni təkrarlayıb. O, növbəti etapa çıxmaq üçün yarışları taybrik bölməsində davam etdirəcək.

Qadınlar bölməsində isə Sara Xadim Əlşəriə öz azərbaycanlı rəqibi Günay Məmmədova üzərində qələbə çalıb. O, ilk gecədəki bərabərliyə əsasən, Təbatəbai ilə yanaşı, yarışların dördüncü turunda iştirak edəcək iranlı şahmatçılardırlar.

Pouya İdaninin taybrik görüşləri sabah 16-30 dəqiqədən başlanacaq.

Digər tərəfdən, azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Soçidə keçirilən şahmat üzrə Dünya Kubokunun üçüncü dövrəsində  əvvəl uduzduğu erməni şahmatçısı Ayk Martirosyanla hesabı bərabərləşdirib.

Digər azərbaycanlı qrossmeyster Vasif Dürarbəyli David Navara (Çexiya) ilə ikinci partiyanın oyununu qələbə ilə başa vurub və Dünya Kubokunun dördüncü dövrəsinə adlayıb.

Nicat Abbasov isə rusiyalı Andrey Yesipenkoya uduzaraq, Dünya Kubokunu tərk edib.

Qadın şahmatçılarımız isə çıxışlarını bitiriblər – Günay Məmmədzadə və Gülnar Məmmədova üçüncü dövrədə Sarasadat Xademalşairə (İran) və Elizabet Petzə (Almaniya) eyni hesabla uduzublar

 

Teqlər