İlk iranlı idmançı olimpiya oyunlarının dörddə bir finalına vəsiqə qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i379332-İlk_iranlı_idmançı_olimpiya_oyunlarının_dörddə_bir_finalına_vəsiqə_qazanıb
İran karvanının ilk idmançısı- Nazənin Molayi Tokio olimpiya oyunlarının ilk günündə avarçəkmə yarışlarında özünü sınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2021 08:27 Asia/Baku
  • Nazənin Molayi
    Nazənin Molayi

İran karvanının ilk idmançısı- Nazənin Molayi Tokio olimpiya oyunlarının ilk günündə avarçəkmə yarışlarında özünü sınayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın avaçəkmə komandasının üzvü birnəfərlik akademik avarçəkmə üzrə qrup mərhələsində iştirak edərək, öz qrupunda üçüncü olub və yarışların dörddə bir final mərhələsinə vəsiqə qazanıb.

Belarus, ABŞ, Paraqvay, Sudan və Nigeriyadan olan beş avarçəkənlə mübarizə aparan Nazənin Molayi sonda yeddi dəqiqə 59 saniyə göstərici ilə üçüncü olub.

Amerika, Belarus və İran qayıqları müvafiq olaraq, birincidən üçüncüyədək olan yerləri tutaraq, yarışların dörddə bir final mərhələsinə vəsiqə qazanıblar.

Molayi iyulun 26-da keçiriləcək dörddə bir final mərhələsində digər rəqibləri ilə mübarizə aparmalıdır.

Molayinin rəqabətinə tamaşa etmək üçün İranın idman və gənclər naziri Məsud Soltani və İranın Avarçəkmə Federasiyasının sədri Əlirza Sohrabiyan yarışların keçirildiyi məkanda iştirak ediblər.