İyul 23, 2021 18:59 Asia/Baku
  • olimpiya oyunlarının açılış mərasimi
    olimpiya oyunlarının açılış mərasimi

Bu gün Tokio yay olimpiya oyunlarının açılış mərasimi keçirilib. Belə bir halda, yaponlardan bəzilərinin bu yarışların keçirilməsinə qarşı etirazları davam edibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Tokio yay olimpiya oyunlarının açılış mərasimi əsas olimpiya stadionunda başlanıb.

Koronavirus pandemiyasına görə, olimpiya oyunlarının təşkilatçıları bildiriblər ki, mərasim tamaşaçıların iştirakı olmadan və beynəlxalq rəsmilər, məşqçilər və idmançılardan ibarət 950 nəfərlik/ məhdud sayda keçiriləcək.

Əsas açılış mərasimi başlanmazdan öncə dünya səviyyəsində korona qurbanlarına hörmət ifadə edilib.

Stadiondakı iki iri nümayiş səfhəsində COVID-19-a qarşı qarşılıqlı tədbirlər şərh olunub. Bu hallardan “Öskürərkən ağzınızı örtün”, “Məsafənizi saxlayın”, “Xəstə olarkən məlumat verin”, “Əl çalın, mahnı oxumayın və şüar verməyin” və “İzdihamın və digər şəxslərlə təmasın qarşısını alın” göstərişlərinə işarə etmək olar.

Mərasim başlanmazdan öncə Beynəlxalq Olimpiya Komitəsinin sədri Tomas Bax Tokioda mühacirlərin olmipiya komandasının nümayəndələri olacaq idmançılarla görüşüb.

Olimpiya stadionuna keçə bilməyən gənc yapon azarkeşlər bağlı qapıların arxasında qalıblar.

Yaponiya imperatoru Narohito öz babasının 1964-cü ildəki rolunu həyata keçirərək, bu gün bu oyunları açıq elan etdi.

Açılış mərasiminin başlanmasına rəğmən, çöldən səs-küylər eşidilirdi. Belə görünür ki, olimpiya müxaliflərinin etirazları hələ də davam edir.

Bu mərasimdə İranın idman və gənclər naziri Məsud Soltani və İranın Milli Olimpiya Komitəsinin sədri Rza Salehi Əmiri xüsusi məkanda iştirak ediblər.