4 iranlı qadın Asiya çempionatında müxtəlif medallar qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380297-4_iranlı_qadın_asiya_çempionatında_müxtəlif_medallar_qazanıb
İranın armrestlinq üzrə qadınlardan ibarət yığma komandasının dörd üzvü bu idman növü üzrə Qazaxıstanın Almatı şəhərində keçirilən Asiya çempionatının ilk günündə medal sahibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2021 13:52 Asia/Baku
  • 4 iranlı qadın Asiya çempionatında müxtəlif medallar qazanıb

İranın armrestlinq üzrə qadınlardan ibarət yığma komandasının dörd üzvü bu idman növü üzrə Qazaxıstanın Almatı şəhərində keçirilən Asiya çempionatının ilk günündə medal sahibi olub.

SəhərAzəri-nin məlumatına əsasən, Məryəm Mehranfərd yetmiş kiloqram çəki dərəcəsində həm sağ, həm də sol əldə qızıl medal əldə edə bilib.

Mahrux Sadat Əhmədpənah da səksən kiloqram çəki dərəcəsində həm sağ, həm də sol əldə qızıl medal qazanmağı bacarıb.

Sonya Əmir Şəqaqi səksən kiloqramdan yuxarı çəki dərəcəsində sağ əldə gümüş medala nail olub. Röya Məhbudi isə bürünc medal alıb.

Həmçinin sol əldə Röya Məhbudi gümüş medala nail olub. Sonya Əmir Şəqaqi isə bürünc medal alıbdır.

İranın armrestlinq üzrə qadınlardan ibarət yığma komandası ilk dəfə olaraq, Asiya çempionatına göndərilib.